Rusiya ilə Kolumbiya arasında diplomatik gərginlik yaranıb

Rusiya ilə Kolumbiya arasında diplomatik gərginlik yaranıb
24 Dekabr 2020
Mətni dəyiş

Rusiya Kolumbiyanın Moskva səfirliyindəki 2 diplomatını "Arzuolunmaz şəsx" elan edib.

Buna səbəb Rusiyanın Boqotadakı səfirliyindən 2 rus diplomatının deportasiya olunması qərarıdır.

Nazirliyin verdiyi açıqlamada bildirilib ki, 22 dekabrda Kolumbiya Respublikasının Rusiya Federasiyasındakı səfiri Alfonso Lpez Caballero Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Kolumbiyanın 2 rus diplomatı Boqotadan qovmasına etiraz edilib və ona bildirilib ki, Kolumbiyanın Moskvadakı diplomatik nümayəndəliyində çalışan 2 nəfər “Arzuolunmaz şəxs” elan edilib.

Lopez Caballero cavabında Boqotanın qərarının Rusiya ilə Kolumbiya arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə mənfi təsir etməməli olduğunu bildirib.

"Arzuolunmaz şəxs" elan edilən 2 kolumbiyalı diplomatın Rusiyanı tərk etdiyi bildirilir.

Nə baş verib? 

Kolumbiya hökuməti 22 dekabrda Xarici İşlər Nazirliyi vasitəsi ilə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olmayan fəaliyyətlərinə görə, Rusiyanın Boqotadakı səfirliyindən 2 diplomatı ölkədən qovduğunu elan edib.

Kolumbiya Xarici İşlər Nazirliyi 2 diplomatın deportasiya edilməsinə baxmayaraq, Rusiya ilə yaxşı diplomatik və ticarət əlaqələri qurmağı hədəflədiklərini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun