Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq

Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq
2 Dekabr 2020
Mətni dəyiş

Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumatda dyeilir ki, Qarabağ torpaqları düşmən işğalından azad edildikdən dərhal sonra ölkə prezidentinin göstərişi ilə regionda abadlıq işlərinin aparılmasına start verildi. Qarabağ hər zaman ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir. Bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memerandum imzalayaraq atıb.

Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya programlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun