Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi tikilir

Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi tikilir
2 Dekabr 2020
Mətni dəyiş
"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində mərkəzdə xidmətə başlanılacaq”.
Anadolu Agentliyinin məlumatına görə, bu sözləri dekabrın 2-də Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
"Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun