Qətər iqtisadiyyatı ötən illər xeyli dərəcədə yüksəlib

Qətər iqtisadiyyatı ötən illər xeyli dərəcədə yüksəlib
18 Dekabr 2020
Mətni dəyiş

Omanın paytaxında yerləşən Körfəz Ölkələrinin Statistika Mərkəzi Qətərin milli günü münasibəti ilə yeni hesabat yayımlayıb. Hesabatda Qətərin ümumilikdə dövlət gəlirlərinin 2018-ci ildə 57,1 milyard dollar olduğu, 2019-cu ildə isə 59 milyard dollara qədər artdığı bildirilib. Hesabata görə, ümumilikdə ölkənin ticarət dövriyyəsi 100/14 böyüyüb. 

Hesabatda Qətərin inkişaf tempinin yüksəlməsi, iqtisadi sektorun şaxələnməsi, ümumilikdə isə hər sahədə vətəndaşın həyatının yaxşılaşdırılmasına yönəlik addımların atılması qeyd olunub.

Qətərin müxtəlif iqtisadi sahələrdə gözlə görüləcək bir böyümə əladə etdiyinin yazıldığı hesbatda ölkənin Ümumi Daxili Məhsulunun 2018-ci ildə 183,3 miilyard dollar, 2019-cu ildə 184,8 milyar dollar olduğu qeyd olunub.

Hesabatda Qətərin qeyri-neft sektorunun 2018-ci ildə 100/60 olduğu halda, 2019-cu ildə 100/64 olduğu qeyd olunub.

Ötən ay Türkiyə ilə Qətər arasında hər iki ölkənin iqtisadiyyatının yüksəlməsinə yönəlik 10 müqavilə imzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun