Qələbə Paradına xüsusi təyinatlı qüvvələr rəhbərlik edib

Qələbə Paradına xüsusi təyinatlı qüvvələr rəhbərlik edib
10 Dekabr 2020
Mətni dəyiş
Bakıda Qələbə Paradı Azərbaycan Müdafiə Nazirliyi xüsusi təyinatlı bölmələrinin marşı ilə açılıb. Onun ardınca dəniz piyadası bölmələri, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, Dövlət Təhlükəsizliyi Xidməti, Sərhəd qoşunları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin bütün altı ordu korpusunun birləşmiş dəstələri və hərbi məktəblərin kursantları keçib. Bunun ardınca ermənilərdən qənimət götürülmüş texnika gəlib: müxtəlif modifikasiyalı toplar, T-72 tankları, BMP -1, BMP – 2, "Qrad" sistemləri, müxtəlif avtotexnika keçib. Azərbaycan Silahlı Qüvvələri İsrailin "Spike" tank əleyhinə raketlərinin olduğu müxtəlif tipli zirehli avtomobillərlə, GPS sistemi vasitəsilə atış koordinasiyalı minomyotlar, BTR-82, BMP-3, T 90-F, ТОС1-А zenit sistemi, özüyeriyən artilleriya: "Xrizantema-C"," “Osa” HHM sistemləri, “Kub", "Buk", özüyeriyən artilleriya – "Akasiya"," “Giasind", “Dana", "Pion", MSTA-M, “Qrad”, “Uraqan”, “Smerç” reaktiv sistemləri, "Qasırğa", “Polonez”, “Lora”, "Toçka-U raketləri ilə təmsil olunub. HHM sistemləri C-200, Kub-MP, C-300 Favorit ilə təmsil olunub. Aviasiya yerli istehsal olan, həmçinin İsrail və Türkiyənin Bayraktar, Harop, Orbiter, Harpi, Hermes də daxil olmaqla, müxtəlif zərbəçi və kəşfiyyat pilotsuz uçuş aparatları ilə təmsil olunub. HHQ Mİ-8, Mİ-24, Mİ-34, Mİ-17 hərbi vertolyotları ilə təmsil olunub. MİQ-29 qırıcıları və Su-25 hücumçıları ardınca Azərbaycanın üçrəngli bayrağını simvolizə edən rəngli zolaqlı izlər buraxıblar. Bununla da Qələbə Paradı başa çatıb. On minlərlə bakılı və paytaxtın qonaqları yol boyunca düzülərək hərbçiləri salamlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun