Nigeriyada Boko Haramın oğurladığı 400 məktəblidən biri qaça bilib, başına gələnləri danışıb

Nigeriyada terrorist qruplaşma tərəfindən məktəbdən qaçırılan 400-dən çox məktəblinin axtarışları davam edir.

Usama Aminu Mali adlı 18 yaşlı şagird də qaçırılan məktəblilər arasında olub, ancaq o, qaçıb xilas olub. Başına gələnlərdən danışan məktəbli deyib ki, onları qaçıran qrupun lideri telefon danışığında kimdənsə “Bunları buraxaq, yoxsa öldürək?” deyə soruşub.

Usama bazar günü motesikletli və silahlı terroristlərin qaçırdıqları məktəblilər arasında olub. 839 məkətblinin təhsil aldığı məktəbin ən azı 320 məktəblisinin hələ də itkin olduğu bildirilir.

Oğlan şagirdlərin qaçırılmasını bundan öncə də 200 qız şagirdin qaçırılmasını həyata keçirən Boko Haram üstünə götürüb. Qaçırılmanın üstündən 6 il keçməsinə baxmayaraq hələ də 100 azyaşlı qız tapılmayıb. Həmin dövürdə başladılan qızlarımızı buraxın kampaniyası artıq oğlanlarımızı buraxın kampaniyası ilə əvəz olunub.

Usama terroristlərin onları qaçırdıqdan sonra saatlarla harasa getdiklərini bildirib. Çox məktəblinin ayaqlarında ayaqqabı olmadığını, ayaqqablarının məktəbdə qaldığına görə saatlarla ayaqyalın getdiklərini bildirib.

Usama cümə günü isə uşaqların sayılması zamanı helikopter səsi eşitdiklərini ancaq buna rəğmən terroristlərin 520 uşağı saydığını dedi.

Onun sözlərinə görə, terroristlər onları daha kiçik qruplara ayırıb və o özü də 50 nəfərlik bir qrupda olub. Usama deyib ki, acıdıqları zaman onların yeməkləri olmayıb və meşəlik ərazidə meyvə yeyiblər. Suları da olmayıb.

Onun sözlərinə görə uzun müddət getdikdən sonra qaranlıqda meşə ərazisində dayanıblar və bu anda o özünü narahat hiss edib, dəstədən geri qalıb. Usama deyib ki, qaranl;qda arxada qalıb və terroristlər onun yoxluğunu hiss etməyiblər.

Teroristlər uzaqlaşdıqdan sonra yaxınlıqdakı bir kəndə gedib kömək istəyən Usama, kəndlilər tərəfindən ailəsinə təhvil verilib.

Nigeriya hökuməti qaçırılan uşaqların xilas edilməsi yönündə başlatdıqları əməliyyatları davam etdirir.

Əvvəlki məqalə‘Financial Times’ koronavirusa qarşı peyvəndi kəşf edən türk cütlüyü ilin adamı seçdi
Növbəti məqalədəParis bələdiyyəsi xeyli sayda qadını yüksək vəzifələrə təyin etdiyi üçün 90 min avro cərimələnib