Netanyahudan İrana sərt sözlər: "İran dayandırılmasa beynəlxaq quldura çevriləcək"

Netanyahudan İrana sərt sözlər: "İran dayandırılmasa beynəlxaq quldura çevriləcək"
14 Dekabr 2020
Mətni dəyiş

İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın milli təhlükəsizlik söçüsü Robert O’Brienlə keçirdiyi mətbuat konfransında "İran dayandırılmasa beynəlxaq quldura çevriləcək" deyib.

Netanyahu deyib ki, İran qonşularına boyun əydirməyə, təhdit etməyə, dünyadakı terror təşkilatlarını maliyyələşdirməyə və silahlandırmğa, İsrailə qarşı çağrış etməyə və nüvə silahları əldə etməyə davam etdiyi müddətdə normal münasibətlər qura bilmərik.

Netanyahunun sözlərinə görə, İran indi dayandırılmasa gələcəkdə Avropanı və Amerikanı vura biləcək nüvə başlıqlı qitələrarası balistik raketlərə sahib olacaq.

İsrailin baş nazirinin sözlərinə görə, prezident Trampın dövründə Amerika və İsrail həmişəkindən daha yaxşı və daha yaxın şəkildə işləyirlər. Onun fikrincə, bu, ortaq təhdidləri birlikdə dəf etməyə və sülh yaratmağa səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun