"Milli Qəhrəman"lara Prezident təqaüdü veriləcək

"Milli Qəhrəman"lara Prezident təqaüdü veriləcək
10 Dekabr 2020
Mətni dəyiş
Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncamla "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə dekabrın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, digər sosial təminat növləri kimi, "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.
Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.
Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanların özlərinə, şəhid olan Milli Qəhrəmanların isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun