Koronavirusun mutasiya etmiş növü ilə bağlı nələr bilirik?

Koronavirusun mutasiya etmiş növü ilə bağlı nələr bilirik?
21 Dekabr 2020
Mətni dəyiş

Virusun mutasiya etmiş yeni növü ilk dəfə sentyabr ayında aşkar edilib. Noyabr ayında Londonda yoluxmaların təxminən dörddə biri mutasiya etmiş yeni virus növü ilə əlaqələndirilir. Bu rəqəm dekabrın ortalarında yoluxmaların üçdə ikisinə yüksəlib. Mütəxəssislər mutasiya etmiş yeni növ virusun daha sürətli yayılması barədə xəbərdarlıq ediblər.

İngiltərənin Baş Səhiyyə Məsləhətçisi Chris Whitty açıqlamasında mutasiya etmiş yeni növ virusun daha sürətli yayıla biləcəyini bildirib: "Dünya Səhiyyə Təşkilatına məlumat verdik və vəziyyəti daha yaxşı anlamağımıza kömək edəcək mövcud məlumatları araşdırmağa davam edirik", - deyə o bildirib.

İngiltərənin Baş naziri Boris Johnson mutasiya etmiş virusun köhnədən yüzdə 70-ə qədər daha yoluxucu ola biləcəyini bildirib.

Koronavirusun mutasiya etmiş yeni növü ilə bağlı üç narahatlıq doğuran amil var:

 - Digər virus növlərini tez bir zamanda əvəz edə bilir

- Virusun vacib bölgələrinə təsir edən mutasiyaları var. Bu mutasiyalardan bəzilərinin virusun hüceyrələrə təsir qabiliyyətini artırdığı laboratoriya araşdırmalarında göstərilib.

- Bütün bunlar mutasiya etmiş virusun əvvəlki versiyadan daha sürətli yayılmasına zəmin yaradır.

BBC-nin reportyoru James Gallagher-in verdiyi məlumata görə, ilk dəfə Çinin Wuhan şəhərində görülən virus, hazırda dünyada görülən virusla eyni deyil.

Koronavirusun mutasiya etmiş forması D614G Avropada ilk dəfə fevral ayında görülüb.

Digər bir mutasiya etmiş növ A222V-dir.

İngiltərə hökumətinin Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhdidləri Məsləhət Qrupunun üzvü Müge Çevik indiyə qədər Sars-Cov-2 virusunun 4000-dən çox mutasiyasının aşkar edildiyini bildirib. Guardian qəzetinin yazdığına görə, Çevik yalnız bir neçəsinin vacib mutasiyalar olduğunu bildirib.

Hökumətin baş məsləhətçisi Whitty koronavirusun yeni mutasiyas etmiş variantının ötürmə əmsalının R-i 0,4 artırdığına dair xəbərdarlıq edib.

Virusun mutasiya etmiş növünə hələlik İngiltərə, Danimarka, Hollandiya, Italiya və bir neçə Avropa ölkəsində rast gələnib.

Artıq bir çox ölkə ölkələrinin qapılarını İngiltərə üçün bağlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun