İran parlamentinin deputatı: "Biz Türkiyəyə xidmət edəcək dəhlizi tanımırıq"

İran parlamentinin deputatı: "Biz Türkiyəyə xidmət edəcək dəhlizi tanımırıq"
2 Dekabr 2020
Mətni dəyiş

İran parlamentinin deputatı Əhməd Biqeş sərt bəyanatla çıxış edərək Naxçıvanla Azərbaycan arasında dəhlizi tanımamağı tələb edib. Bundan əlavə, o, Tehranı Türkiyənin Azərbaycanda möhkəmlənməsinə qarşı tədbirlər görməyə çağırıb.

"Biz Türkiyəyə xidmət edəcək dəhlizi tanımırıq", - o deyib.

Sonra Biqeş İran parlamentini Türkiyənin regiona müdaxiləsinə qarşı çıxmağa və İranın regionda sərhədlərin coğrafi dəyişməsini və müvafiq dəhlizi tanımadığını rəsmən bəyan etməyə çağırıb. Bu barədə "Vestnik Kavkaza" bildirib.

İranlı deputatın isterikasının səbəbləri aydın deyil. Lakin Tehranda müəyyən dairələr Türkiyənin regionda möhkəmlənməsini NATO-nun buraya gəlişi kimi təqdim etmək istəyirlər. 10 noyabrda Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanan bəyanata əsasən, Ermənistan ərazisindən Naxçıvanla Azərbaycanı birləşdirən yeni dəhliz inşa ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun