İran Azərbaycanında incəsənət mərkəzləri iflas ərəfəsindədir

İran Azərbaycanında incəsənət mərkəzləri iflas ərəfəsindədir
1 Dekabr 2020
Mətni dəyiş

İran Azərbaycanının tanınmış karikaturaçısı və Şərqi Azərbaycan vilayətinin Sənət Məktəbləri Direktorlar Birliyinin təsis şurasının sədri Rəhim Baqqal Əsgəri vilayət ümumiyyətində sənət məktəblərinin iflas ərəfəsində olduğunu bildirib.

Baqqal Əsgərinin İnstagram hesabında yayımladığı məlumata görə, ölkədə pandemiyaya qarşı alınan tədbirlərin çərçivəsində sənət məktəbləri təhsil müəssisələri kateqoriyasına daxil edilib, təhsil müəssisələri təhsil haqqını tələbələrdən alaraq onlayn tədrislərinə davam etmələrinə baxmayaraq, sənət məktəblərinin praktik təbiətlərinə görə onlayn olaraq fəaliyyətlərini davam etdirmə imkanları olmayıb və nəticədə fəaliyyətlərini dayandırıblar.

Güneyli sənətkar və tədqiqatçı yaranan vəziyyətdə sənət tələbələrinin alınan tədbirlərdən dolayı təhsilə davam edə bilmədiyini, nəticədə sənət məktəblərinin icarə və heyət maliyyətləri səbəbindən bir çoxunun işləmədiyini, qalan məktəblərin isə qapadılma ərəfəsində olduğunu bildirib.

Baqqal Əsgəri son günlərdə Təbriz merliyinə yüzdən çox sənət məktəbi tərəfindən məktub ünvanlandığını bildirib. O deyib ki, məktubda məhdud tələbə sayı ilə fəaliyyət göstərən sənət məktəblərinin təhsil müəssisələrinin kateqoriyasından çıxarılıb ikinci iş yerləri kateqoriyasına daxil edilməsi tələb edilib.

Bədii fəaliyyətlərin və sənətçilərin pandemiya dönənimdə ən çox zülm görmüş məsləklərdən olduğunu bildirən karikaturaçı Tehran və Təbriz koronavirus ilə mübarizə komitələrinin onları görməzdən gəlməsinin mənfi təsirlərinin nəticələri illər boyu cəmiyyətin ruhunu narahat edəcəyini ifadə edib.

Şərqi Azərbaycanda digər sənət mərkəzlərinin də vəziyyəti fərqli deyil.

Təbrizdə bir kino-teatr müdiri İranın Tasnim xəbər agentliyinə verdiyi müsahibədə “kino-teatrımız özəl müəssisə olduğu üçün çətinliklə ayaqda qalıb. Müəssisənin gəliri işçilərin maaşlarına yetmir və bu vəziyyətin nə zamana qədər davam edəcəyini bilmirik”- deyə, o ifadə edib.

Pandemiya dönəmində xalqın kino-teatr kimi izdihamlı yerlərə getməkdən imtina etdiklərini söyləyən Hadi Əmini Mədəniyyət Nazirliyinin bədii və incəsənət mərkəzlərinə maddi və mənəvi dəstəyinin gərəkdiyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun