İran əhalisinin 35%-i yoxsulluq səviyyəsinin altında yaşayır

İran əhalisinin 35%-i yoxsulluq səviyyəsinin altında yaşayır
28 Dekabr 2020
Mətni dəyiş

İran Parlamenti Araşdırmalar Mərkəzinin İqtisadi Araşdırmalar Departamentinin baş direktoru Musa Şahbazi ölkəsində əhalinin ümumilikdə 35%-nin yoxsulluq həddinin altında yaşadığını bildirib. 

"Ölkədə yoxsulluq həddinin altında yaşayanlar 35%-ə çatdı. Son illərdə qida istehlakı əhəmiyyətli dərəcədə azalıb. İnsanlar ət əvəzinə toyuq və yumurtaya üz tuturlar", -deyə Şahbazi bildirib.

2018-ci ilin noyabrından 2019-cu ilin noyabrına kimi toyuq qiymətləri 84, yumurta qiymətləri isə yüzdə 88% artıb: "Bahalaşma hər iki məhsulun istehlakını çətinləşdirib".

Şahbazi ölkədəki qida təhlükəsizliyi siyasətinin də tamamilə uğursuz olduğunu bildirib.

İran Parlamenti İşçilər Qrupunun sədri Ali Rıza Mahcub ölkədə yoxsulluq səviyyəsinin 2017-ci ildə yüzdə 17 ətrafında olduğunu deyib.

İranda aprel ayında təyin olunan minimum əmək haqqı keçən ilə nisbətən yüzdə 21 artıb və 1 milyon 835 min tümən (təxminən 71 dollar) olaraq elan edilib. Bu rəqəmi şərh edən İran millət vəkili Süheyla Celudarzadə bildirib ki, "Bu gün inflyasiya 40%-in ətrafındadır. İşçilərin maaşları cəmi 21% artırılıb. Bu minimum əmək haqqı ilə işçi sinifinə zülm edilir"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun