Gürcüstanın yeni seçilən parlamenti fəaliyyətə başlayır

Gürcüstanın yeni seçilən parlamenti fəaliyyətə başlayır
8 Dekabr 2020
Mətni dəyiş

Gürcüstanın X çağırış parlamentinin ilk iclası dekabrın 11-də keçiriləcək.

Bununla bağlı Gürcüstan prezidenti fərman imzalayıb.

Sənədə əsasən, yeni parlamentdə ilk toplantı dekabrın 11-i saat 12:00-a təyin olunub.

Qeyd edək ki, ilk iclası Prezident Salome Zurabişvili açacaq. Toplantıda yeni parlament sədri seçiləcək. Parlament seçkilərində qalib gələn hakim Gürcü Arzusu Partiyasının spiker postuna namizədi Arçil Talakvadzedir. O, 2019-cu ilin iyunundan bu vəzifəni tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun