Ermənistanda müxalifət Paşinyanın istefası üçün ümumxalq tətili təşkil edib

Ermənistanda müxalifət Paşinyanın istefası üçün ümumxalq tətili təşkil edib
23 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 22-si, günortadan sonra Ermənistanda 16 siyasi partiya paytaxtın "Respublika" meydanında, indiki baş nazirin iqamətgahı önündə etiraz mitinqinə başlayıb. Ümumxalq tətili elan edən müxalif mitinqçilərin əsas tələbi Paşinyanın öz höküməti ilə birgə istefasıdır. Artıq dünəndən minlərlə erməni müxalifətin tələbinə qulaq asaraq iş yerlərinə çıxmayıblar. Onlara böyük universitetin tələbələri, həmçinin Yeravan Dövlət Universiteti və paytaxtdakı Tibb Universitetinin tələbələri də qoşulub. Onlarla xəstəxana da ancaq ən təxirəsalınmaz sağlamlıq problemi olan xəstələrə xidmət göstərəcəyini bəyan edərək tətilə çıxıb. Erməni mediası yazır ki, artıq paytaxtda yanacaq doldurma məntəqələri də işləmir, müxalifətlə bərabə az qala 700-ə qədər vəkil də mitinqlərə çıxıb. Hakim müxalif partiya olan "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qaqik Çarukyan həm də ölkə boyu çoxlu müəssisələri olan oliqarxdır və o dünəndən bütün müəssisələrindən işi dayandırıb. [caption id="attachment_94419" align="aligncenter" width="1536"] Ermənistanın paytaxtı İrəvanda müxalifətin mitinqi.[/caption] Paytaxtda poçtlar, banklar, mağazalar adi şəkildə fəaliyyətini davam etdirir. Yerevanın mərkəzində Paşinyanın əleyhdarlarının maşın yollarını iflic etdiyinə görə ictimai nəqliyyat da yolunu dəyişməli olub. Baş nazirin əleyhdarları deyirlər ki, Yerevan metrosunun işçiləri də tətil edir, ancaq metrolar hələlik işləyir, hökümət hər metro maşinistinin yanına bir polis nəfəri qoyub - bu haqda müxalifət liderlərindən biri Qeqam Manukyan mətbuata deyib. Müxalifət həmçinin ölkə əhəmiyyəti olan bir neçə avtomagistralı da bağlayıb. Bu magistrallar Vanadzor, İcevan kimi önəmli şəhərlərə aparan yollardır. Erməni mətbuatı mitinqə çıxanların ümumi sayının təqribən 30 min adam olduğunu yazır. Mitinqçiləri əsas şüarları "Nikol - sayqındır!" və "Nikolsuz Ermənistan!" olub. Xatırladaq ki, Ermənistanda baş nazirə qarşı etirazlar Paşinyanın Azərbaycan və Rusiya prezidentləri ilə birgə Dağlıq Qarabağ müharibəsinin bitirilməsi ilə bağlı razılaşmaya imza atması ilə başlayıb. Müxalifət bu razılaşma sənədini satqınlığa sübut kimi göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun