Çin yüzminlərlə uyğuru pambıq tarlalarında zorla işlədir

Çin yüzminlərlə uyğuru pambıq tarlalarında zorla işlədir
16 Dekabr 2020
Mətni dəyiş

Çinin Sincan bölgəsində yüzminlərlə uyğurun polis nəzarəti ilə pambıq tarlalarında zorla işlədildiyi iddia edilir. 

Amerikada yerləşən Beynəlxalq Siyasət Mərkəzinin hesabatında deyilir ki, Çin dövləti 2018-ci ildən etibarən uyğurların daha çox yaşadıqları üç bölgədə ən azı 570 min uyğurun əməyini məcburi olaraq pambıq tarlalarında istismar edib.

Hökumət mənbələrinə istinad edilən hesabatda məcburi işlədilən şəxslərinin sayının yüzminlərlə ola biləcəyi ehtimal edilib.

Dünyada istifadə edilən pambığın 20 faizindən çoxunun Çinin Sincan bölgəsində istehsal edildiyinə diqqət çəkən hesabatda deyilir ki, bu vəziyyətin beynəxlaq pambıq ixracı zəncirinə mənfi təsirləri ola bilər.

Avstriyada yerləşən Strateji Siyasətlər İnsitutu mart ayında Adidas, Gap və Nike kimi beynəxalq markaları uyğurların əl əməyinin istismarı ilə əldə edilən məhsullardan istifadə etməkdə ittiham etmişdi.

İnsan haqları təşkilatları və araşdırmaçılar Sincanda ən azı bir milyon uyğur və digər müsəlman azlıqların yüzlərlə düşərgədə qapalı şəraitdə zorla saxlanıldıqlarını, bu düşərgədə onları dillərindən, dinlərindən və mədəniyyətlərində imtina etməyə məcbur edildiyini və pis rəftara məruz qaldığını göstərən sənədlər yaymışdılar. Sürgündəki uyğurların birlik təşkilatları Çin hökumətini cinayətdə, qaçırmada, işgəncə vermədə və zorla qısırlaşdırmada ittiham edirdi.

Çin "təhsil mərkəzi" deyir 

İttihamları rədd edən Çin hökuməti sözügedən düşərgələrin təhsil mərkəzləri olduğunu deyir. Bu mərkəzlərin islamçı radikallaşmaya görə qurulduğunu və müəyyən zaman içində düşərgədə olan müsəlmanların bir qisminin ordan ayrıldığını deyir. Ancaq insan haqqları fəalları düşərgədən ayrılan müsəlmanların zavodlara yönləndirildiyini deyir.

Hökumət sənədlərinə istinad edilən hesabatda uyğurların polis nəzarətində olduğunu və bir mərkəzdən digərinə aparıldığını yazır.

ABŞ insan haqqları pozuntusunu və "köləlik" şərtlərini səbəb göstərərək, 2019-cu ilin dekabr ayından etibarən Çinin Sincan bölgəsindən pambıq idxalını dayandırıb. Çin isə Amerikanı yalan xəbər yaymaqda ittiham edib. Buna qədər, Amerikada istifadə olunan pambığın 5/1-i Çinin Sincan bölgəsindən idxal edilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun