Belçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib, Türkiyə etiraz bildirib

Belçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib, Türkiyə etiraz bildirib
19 Dekabr 2020
Mətni dəyiş

Belçikanın Nümayəndələr Palatası Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə əməliyyatlarına görə, Azərbaycanın əleyhinə qətnamə qəbul edib. 

Palata üzvləri Türkiyənin də bölgədə sabitliyi pozmaq üçün müdaxilələr etdiyini bildiriblər və bu müdaxilələri dayandırmağa çağırıblar.

Türkiyə isə palata üzvlərinin əksəriyyətinin dəstəklədiyi bu qətnaməyə etiraz edib.

Belçika Federal Məclisindəki bütün partiyaların ortaq şəkildə hazırladığı qətnamə layihəsi Belçika hökumətini müharibədən əziyyət çəkmiş erməni əhalisinə kömək etməyə, müharibə cinayətlərini izləməyə və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırır.

Millət vəkilləri bildiriblər ki, münaqişə həm Dağlıq Qarabağın sərhədləri çərçivəsində, həm də öz müqqəddaratını təyin etmə hququ ilə tənzimlənməliidir.

Layihədə "Türkiyənin Dağlıq Qarabağdakı qarşıdurmada oynadığı mənfi rol" vurğulanıb. Türkiyənin "bölgədəki sabitliyi pozan hərbi müdaxilələrinə son qoyulması" istənilib.

Belçikada yaşayan ermənilər parlamentin qərarından məmnun olduğunu bildirib və millət vəkillərinə təşəkkür edib.

"Nə tarixə, nə hüquq, nə də meydandakı həqiqətlərə uyğun deyil"

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Belçika Nümayəndələr Palatasının qərarının nə tarixə, nə hüquq, nə də meydandakı həqiqətlərə uyğun olmadığını bildirib.

Aksoy açıqlamasında Belçika Məclisini qərəzli olmaqda və birtərəfli erməni ritorikası ilə danışmaqda ittiham edib, bunları deyib: "Qərar, bölgədəki Türkiyə-Belçika münasibətlərinə mənfi təsir edəcək, sülh və sabitliyi təmin etmə səylərinə xidmət etməyəcək. Bu cür qərarlar eyni zamanda Ermənistanın sülh prosesini təxirə salmasına və məsuliyyətdən boyun qaçırmasına səbəb olur"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun