Azad edilmiş Qarabağda erməni terrorçu dəstələri qalıb

Azad edilmiş Qarabağda erməni terrorçu dəstələri qalıb
1 Dekabr 2020
Mətni dəyiş

Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarından çıxan Ermənistan Silahlı Qüvvələri dekabrın 1-də Laçın rayonunu da tərk ediblər. Bununla da Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini formal olaraq yerinə yetirib. Amma Azərbaycan ərazisində ayrı-ayrı silahlı erməni dəstələri qalıb. Bu barədə ermənilər sosial şəbəkədə və şəxsi yazışmalarında bildirirlər.

Ermənistan SQ-nin Azərbaycandan çıxarılması mərhələsində Yerevanda erməni əhalinin Qarabağı tərk etməsi ilə yanaşı əks istiqamətdə erməni döyüşçülərindən ibarət dəstələrin hərəkət etdiyi bildirilirdi. “Daşnaksutyun” EİF-nin Yerevanın kapitulyasiyasına tabe olmadıqlarını elan edən silahl qruplarından bəhs edilirdi.

Ötən həftə Ermənistanın vətəndaş fəalı Lika Zakaryan öz FB səhifəsində Azərbaycan ordusunun azad etdiyi Hadrut rayonundakı döyüşçü dəstələri haqqında ətraflı məlumat yerləşdirib.

O, videooperatorla birlikdə bu yerlərə baş çəkib, silahlı qrupun mövcudluğundan əmin olub. Mətnə fotoşəkil və videosüjet əlavə olunub. L.Zakaryan yazır:

“...söhbət qədim Xtsaberd (Խծաբերդ) və Xin Taxerdən (Հին Թաղեր) gedir. Bundan başqa, Dizapayt dağı, Kataro monastırı... da onların nəzarəti altındadır. Böyük Hadrutun bir hissəsi bizim əlimizdədir və qəhrəman oğlanlar hələ də orada dayanıblar və bu yerləri qoruyurlar. Onlar üç tərəfdən Azərbaycan qoşunları ilə əhatə olunublar və yalnız bir yol “sülhə” aparır.

Kəndin lokasiyası haqqında: Xtsaberd Hadrut bölgəsindədir, amma oraya Lisaqor-Kirsavandan da yol var. “Yol” demək olmaz, amma yenə də. Burada olan qrup düşmənin Lisaqor istiqamətində, oradan isə həm də Şuşa istiqamətində irəliləməsinin qarşısını alıb. Bir də onlar Xtsaberd kəndi ətrafındakı strateji yüksəkliyi ələ keçiriblər.

Bir AMMA var. Bütün Laçın rayonu azərbaycanlılara verildikdə bu ərazilər necə olacaq? Hər şeyi düz başa düşürəmsə, bu yol (Lisaqordan keçən) əlçatmaz olacaq və onlar anklavda qalacaqlar...

Bu qrupların komandirləri Ayk Xanumyan, Qari Abraamyan, Angel Qalstyandır. Noyabrın 19-da Dizapayt dağının zirvəsində olan Kataro monastırında Qari Abraamyanın xaç suyuna salınması mərasimi keçirilib. Xaç atası Ayk Xanumyan oldu.

Onlar haqqında reportaj, fotoşəkillər və qısa film tezliklə SivilNet-də yerləşdiriləcək”, deyə L.Zakaryan bildirib.

https://www.facebook.com/anxelikazacaryan bu linkdə döyüşçülərin fotoşəkli və onların yerləşdiyi yerdə çəkilmiş videogörüntülər var.

FB-də azərbaycanlılar bu məlumatla maraqlanıblar. Teymur Səmədov https://www.facebook.com/Samedov312 ünvanında öz hesabatını yerləşdirib.

O, Çaylaqqala (Xtsaberd) kəndi ilə yanaşı, Köhnə Tağlar (Xin Taxer) kəndi, strateji “Dizapayt” yüksəkliyi (google xəritədə linki: https://bit.ly/36dqPtP) və daha az strateji “Kris” yüksəkliyi də erməni döyüşçülərinin nəzarəti altındadır.

Bu bir neçə kənd və strateji yüksəklik üç tərəfdən bizimkilərlə əhatə olunub. Bu ərazidə çox pis vəziyyətdə olan iki “yol” var. Laçın rayonu təhvil verildikdən sonra Çaylaqqalada (Xtsaberd) Turşsu (Lisaqor) – Köhnəkənd (Kirsavan) yolu bizim nəzarətimiz altında olacaq. Şəbəkədə ermənilərin bəzi şərhlərindən göründüyü qədər, onlar tam mühasirəyə düşürlər. Köhnə Tağlar və “Dizapayt” yüksəkliyinə hansı yolun, haradan getdiyi və orada bizimkilərin harada olduğu aydın deyil.

Düşünürəm ki, bizimkilər tədbir görəcəklər və sülhməramlıların fikrinə uymayaraq, məsələni qəti şəkildə qaldıracaqlar. Ən pis halda taqətdən salmaq, dəhşətə salmaq olar. Ümid edirəm ki, MN-in də bu barədə məlumatı var”, deyə T.Səmədov yazır və döyüşçülərin yerinin dəqiq koordinatlarını verir.

Çaylaqqala (Xtsaberd) - 39.545833, 46.770833 (https://bit.ly/2V9BqzN)

Köhnə Tağlar (Xin Taxer) - 39.509725, 46.822653 (https://bit.ly/3leDOQv)

“Dizapayat” zirvəsi (yüksəkliyi 2430 m) - 39.526482, 46.856102 (https://bit.ly/3fHxm31)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bizim Qarabağda erməni döyüşçüləri ilə hansı qüvvələrin məşğul olacağı barədə telefon sorğumuza cavabda bildiriblər ki, Turan-ın məlumatı Nazirlik rəhbərliyinin diqqətinə çatdırılacaq, cavab MN-in saytında yerləşdiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun