Azərbaycanda koronavirusa daha 4381 yoluxma qeydə alınıb, 47 nəfər ölüb

Azərbaycanda koronavirusa daha 4381 yoluxma qeydə alınıb, 47 nəfər ölüb
11 Dekabr 2020
Mətni dəyiş

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 555 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282 , bu günə qədər isə ümumilikdə 1 918 866 test icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun