Avropadan daha 10 azərbaycanlı deportasiya olunub

Avropadan daha 10 azərbaycanlı deportasiya olunub
26 Dekabr 2020
Mətni dəyiş

Almaniya və Belçikadan 10 azərbaycanlı deportasiya olunub. Bunlardan 6-sı Belçikadan, 4-ü isə Almaniyadandır.

Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya qanunvericiliyini pozmasıdır. Belçika və Almaniyadan çıxarılan azərbaycanlılardan 9-u Azərbaycan, 1-i isə Ukrayna vətəndaşıdır.

Son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən "mühacir alveri" işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Bu ayın əvvəlində 10-dan çox azərbaycanlının Almaniyadan deportasiya olunduğu açıqlanmışdı. 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun