Ərdoğanın Bakıda dediyi şeirə İran xarici işlər naziri sərt reaksiya verib

Ərdoğanın Bakıda dediyi şeirə İran xarici işlər naziri sərt reaksiya verib
11 Dekabr 2020
Mətni dəyiş

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeirə İranın xarici işlər naziri Cavad Zərif sərt reaksiya verib.

Türkiyə prezidentinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə cavab olaraq, Cavad Zərif sosial şəbəkə hesabından paylaşım edib:

"Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?"

Şeirdən narahatlığını ifadə edən nazir açıqlamasına "HEÇ KİM BİZİM sevgili Azərbaycanımız haqqında danışa bilməz" sözlərini də əlavə edib.

Türkiyə prezidenti paradda həmçinin aşağıdakı məşhur bayatını səsləndirmişdi: Arazı ayırdılar Mil ilə doyurdular Mən səndən ayrılmazdım Zülm ilə ayırdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun