Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
3 Dekabr 2020
Mətni dəyiş

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Bu barədə Türkiyə prezidenti partiyasının qrup toplantısındakı çıxışında bildirib. Ərdoğan ana müxalifət partiyasının lideri Kılıçdaroğlundan 500 min türk lirəsi təzminat tələb edir.

Buna səbəb Kılıçdaroğlunun parlamentdəki çıxışı zamanı ölkə prezidentini sərt tənqid etməsi olub. Məhkəməyə göndərilən şikayətdə Kılıçdaroğlunun Erdoğanı təhqir etdiyi, şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyi iddia edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun