Ərdoğanın müşavirindən İsrail açıqlaması: “Səfir göndərə, silah və təbii qaz ala bilərik”

Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsud Haqqı Caşın uyğun şərtlər olarsa, Türkiyə ilə İsrail arasındakı münasibətlərin mart ayında bərpa oluna biləcəyini bildirib.

Caşın bildirib ki, İsrail bir addım atsa, Türkiyə iki addım atacaq. Səfir göndərəcəyik, mart ayına kimi münasibətlər düzələcək.

Ərdoğanın müşaviri deyib ki, Türkiyə əvvəllər İsraildən çoxlu sayda silah alıb. Yenidən ala bilər. Biz Müdafiə Sənayimizi birlikdə gücləndirə bilərik.

Çıxışında İsrailin neft-qaz axtarış fəaliyyətlərinə də toxunan müşavir deyib ki, “İsrail böyük ölcüdə neft-qaz istehsal edir. Hansı ki, İsraildə 8 milyon insan yaşayır. İsrail bu nefti-qazı hara satacaq? Təbii ki, ən yaxşı varinat Türkiyənin üzərindən çəkilən boru xətti ilə Avropa bazarıdır”

Sülh və təhlükəsizliyin təmin edilməsi İsrail və Türkiyə üçün çox vacibdir deyən Məsud Caşın əlavə edib ki,  “Mavi Mərmərədən sonra İsraillə bir qəza daha istəmirik”

31 May 2010-cu ildə baş verən Mavi Mərmərə hadisəsi iki ölkə arasındakı münasibətləri böyük ölçüdə pozub.