Vahid Əhmədov: "Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər"

Vahid Əhmədov: "Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər"
13 Noyabr 2020
Mətni dəyiş

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, belə insalar artıq Azərbaycan siyasətində qala bilməzlər:

"Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır". Bu günlərdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mətbuata açıqlama verib ki, Qarabağda ancaq rus sülhməramlıları olacaq, türklər kənardan müşahidə edə biləcəklər. Bundan sonra prezidentin köməkçisi bu açıqlamaya cavab verərək, diplomatları özbaşına, prezidentin siyasətinə uyğun olmayan açıqlamalar verməkdən çəkinməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun