“Türkvision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır

“Türkvision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır
18 Noyabr 2020
Mətni dəyiş

2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər.

Bu barədə təşkilatçılar məlumat verib.

Bildirilib ki, texniki məsələlər həll ediləcəyi tədqirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib.

Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusu noyabrın 8-i Şuşa şəhərini işğaldan azad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun