Türkiyə prezidentinin sözçüsü: "Türkiyə hərbçiləri Qarabağda olacaqlar"

Türkiyə prezidentinin sözçüsü: "Türkiyə hərbçiləri Qarabağda olacaqlar"
23 Noyabr 2020
Mətni dəyiş

"Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlər nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur!" Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

O  xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında razılaşma təşəbbüsü ilə çıxış edəndə rəsmi Ankara bu ideyanı dəstəkləyib, amma razılıq əldə edilməyib. Bu, Fransanın özünə də aiddir.

"Nə NATO, nə də Avropa Birliyi faktiki olaraq Qarabağ üzrə konkret və reallaşdırılan təkliflə çıxış etdi, halbuki Moskva və Ankara 30 illik münaqişənin nizama salınması üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - Kalın deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qarabağ üzrə Monitorinq mərkəzinin fəaliyyəti üzrə danışıqlar davam edir. "Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağda olacaqlar", - Kalın əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun