Türkiyə millisi karantinə alındı

Türkiyə millisi karantinə alındı
12 Noyabr 2020
Mətni dəyiş

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə - Rusiya matçı noyabrın 15-də olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun