Türkiyə məhkəməsi çevriliş cəhdində əli olan yüzlərlə insanı ömürlük həbs cəzasına məhkum edib

Türkiyə məhkəməsi çevriliş cəhdində əli olan yüzlərlə insanı ömürlük həbs cəzasına məhkum edib
28 Noyabr 2020
Mətni dəyiş

Cümə axşamı Türkiyə məhkəməsi 2016-cı ilin iyul ayında prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə qarşı çevriliş cəhdində iştirak edən və üç ildir mühakimə olunan 300-dən çox hərbi və mülki vətəndaşa ömürlük həbs cəzası verib.

Onlar uğursuz çevrilişlə əlaqədar 2017-ci ilin avqust ayında mühakimə olunan 475 nəfər arasında idi. Çevrilişə cəhd zamanı 250-dən çox insan ölüb, 2000 nəfər yaralanıb.

Çevrilişə cəhd kütləvi repressiyalara səbəb olub - 130,000 insan dövlət işlərindən qovulub.

Prokurorlar generallar və döyüş təyyarələri pilotları da daxil olmaqla, şübhəliləri çevrilişi idarə etməkdə, Türkiyə parlamentinin bir hissəsini və hökumət binalarını bombalamaqda günahlandırıb. Onlar həm də o vaxt ordu komandanı, hazırda isə müdafiə naziri vəzifəsində çalışan Hulusi Akarın bir neçə saat əsir saxlanılmasında günahlandırılır. Rəsmilər şübhəlilərin çevrilişi paytaxt Ankaranın yaxınlığındakı Akıncı bazasından idarə etdiyini deyirlər.

Məhkum olunanlar eləcə də baş tutmayan çevrilişini təşkil etdiyi deyilən ABŞ-dakı din xadimi Fətullah Gülənin əmri ilə hərəkət etməkdə günahlandırılıb. Fətullah Gülən ona qarşı irəli sürülən ittihamı rədd edib. Türkiyə onun ekstradasiyasını istəyib.

Məhkəmə Gülən və axtarışda olan digər 4 nəfərin işlərinə ayrı-ayrılıqda baxılmasına qərar verib.

Bu işdə 70 nəfər bəraət qazanıb. Bəziləri isə 6 ildən 16 ilə qədər həbs cəzasına məhkum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun