Trampın koronavirus kokteyli istifadə lisenziyası aldı

Trampın koronavirus kokteyli istifadə lisenziyası aldı
23 Noyabr 2020
Mətni dəyiş

ABŞ Qida və Dərman İdarəsi (FDA) hazırkı Prezident Donald Trampın koronavirus müalicəsində də istifadə edilən antikor kokteyli üçün təcili istifadə icazəsini verib.

“Qafqazinfo” xəbər verir ki, “Regeneron” şirkətinə məxsus antikor kokteyli ABŞ-da koronavirus müalicəsində yüksək riskli xəstələrə tətbiq edilə bilər.

Təsdiqlənmiş antikor kokteyli daha öncə Donald Trampın koronavirus müalicəsində istifadə edilib. Antikor kokteylinin virusa yoluxan pasiyentlərin xəstəxanaya yerləşdirilməyə ehtiyac olmadan xəstəliyi yüngül simptomlarla keçməsinə kömək etdiyi bildirilib.

Mütəxəssislər kokteylin xəstəliyin başlanğıcında tətbiq edilməli olduğunu söyləyirlər. Xəstəxanaya yerləşdirilmiş və ya oksigen terapiyasına ehtiyacı olan xəstələrdə istifadəsinə icazə verilmir.

Şirkət noyabr ayının sonuna qədər 80 min, 2021-ci ilin yanvarına qədər 300 min xəstə üçün kifayət edəcək sayda antikor kokteylini hazırlaya biləcəyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun