Tramp Co Baydenin yıxılmasına münasibət bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp “Tvitter” hesabında ölkənin yeni seçilmiş prezidenti Co Baydenin ayağını sındırmasına münasibət bildirib.
Bu barədə noyabrın 30-da “CNN” məlumat yayıb.
Məlumata görə, Tramp sosial şəbəkə səhifəsində Baydenin xəstəxananı tərk etməsini əks etdirən şəkli paylaşaraq, “Tez sağalın” yazıb.
Co Bayden iti “Meyjer”lə oynayan zaman sürüşüb və topuğundan xəsarət alıb. Tibbi müayinə zamanı onun topuğunun iki yerdən çatladığı müəyyən olunub. Siyasətçinin iki həftə ərzində xüsusi ayaqqabıda gəzməyə məcbur olacağı bildirilib.
Co Bayden iki alman ovçarkasına sahibdir.
Əvvəlki məqalə27 ildən sonra Ağdamda: “Getdim evimizə baxdım, binamız yerlə-yeksandır”
Növbəti məqalədəBinəqədinin icra başçısını yeni müavin təyin edildi