Teymur Rəcəbov bir günə üç qələbə qazandı

Teymur Rəcəbov bir günə üç qələbə qazandı
24 Noyabr 2020
Mətni dəyiş

Şahmat üzrə "Skilling Open" turnirində ikinci oyun gününə yekun vurulub.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov 5 oyunundan 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.

33 yaşlı qrossmeyster VI turda iranlı Alireza Firuzcanı qara, VII turda ermənistanlı Levon Aronyanı ağ fiqurlarla yenib. VIII turda qara fiqurlarla polşalı Yan-Kşiştof Dudaya qalib gələn Rəcəbov IX turda ağ fiqurlarla çinli Dinq Lirenə uduzub. X turda isə o, qara fiqurlarla niderlandlı Aniş Giri ilə heç-heçə edib.

Beləliklə, xalını 5-ə çatdıran Rəcəbov 10 turdan sonra ispaniyalı David Anton və iranlı Alireza Firuzca ilə birgə 8 - 10-cu yerləri bölüşür.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun