Sevinc Sadıqova: “Həyat yoldaşım ölümün astanasındadır”

Sevinc Sadıqova: “Həyat yoldaşım ölümün astanasındadır”
26 Noyabr 2020
Mətni dəyiş

Jurnalist Əfqan Sadıqov 23 gündür ki, aclıq edir  və dördüncü gündür ki, su içməkdən də  imtina edir. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

"Əfqan faktiki olaraq ölümün astanasındadır. Əgər o ölsə, buna görə məsuliyyət hakimiyyətin üzərinə düşəcək və ölkənin imicinə xələl gələcək ", -  o deyib və qeyd edib ki, apellyasiya şikayətinə baxılması davam edir.

Onun sözlərinə görə, noyabrın 30-da hakim heyəti təyin olunacaq və həmin heyət 15 iş günü ərzində şikayətə baxılması tarixini təyin edəcək. Bu səbəbdən Sadıqova Bakı Apellyasiya Məhkəməsiin qarşısında etiraz aksiyası keçirmək niyyətindədir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Azel.TV-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz sayaraq noyabrın 4-dən aclıq elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun