Serbiya və Monteneqro səfirlərini qarşılıqlı şəkildə qovdular

Serbiya və Monteneqro səfirlərini qarşılıqlı şəkildə qovdular
30 Noyabr 2020
Mətni dəyiş

İki Balkan ölkəsi - Monteneqro və Serbiya arasında diplomatik böhran baş verib. 

"Deutsche Welle" kanalının noyabrın 30-da yaydığı xəbərə görə, Serbiya və Monteneqro qarşılıqlı olaraq səfirlərin qovulduğunu bəyan ediblər.

Noyabrın 28-də Monteneqronun Xarici İşlər Nazirliyi Serbiya səfiri Vladimir Bojoviçi "uzun illər ölkənin daxili işlərinə qarışmaq"da ittiham edərək, onu arzuolunmaz şəxs elan edib.

Buna cavab olaraq Serbiya tərəfi 72 saat ərzində Monteneqro səfiri Tarzan Miloşeviçin ölkəni tərk etməsini tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun