Selçuq Bayraktar: “AKINCI TİHA növbәti sınaqdan da uğurla keçdi” [Video]

“Bayraktar” şirkәti tәrәfindәn yerli vә milli imkanlarla istehsal edilәn AKINCI TİHA-nın  (hücum edәn pilotsuz uçuş aparatı) sinaqları uğurla hәyata keçirilib.

Abzas xəbər verir ki, bu barәdә Bayraktar şirkәtinin müdiri Selçuq Bayraktar mәlumat verib.

Bayraktar AKINCI TİHA ilk uçuşunu 2019-cu ilin dekabr ayında hәyata keçirib. Bu layihənin üçüncü prototipinin inteqrasiya prosesi Baykar Milli S / İHA AR-GE və İstehsalat Mərkəzində davam edir.

Üçüncü prototiplә bağlı  inteqrasiya başa çatdıqdan sonra sınaq uçuşlarını həyata keçirmək üçün Çorlu Aerodromuna göndəriləcək.

Selçuk Bayraktar AKINCI TİHA-nın qarşısında