Rusiyada 20 mindən, Gürcüstanda 2700-dən çox yoluxma

Gürcüstanda son 24 saat ərzində daha 2775 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 51 min 993-ə çatıb. Sutka ərzində daha 22 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 463-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 37 min 19 nəfərdir.

Rusiyada  isə son bir gündə 20 min 582 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 378 pasiyent ölüb (ümumilikdə 29 min 887 nəfər vəfat edib), 16 min 955 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 733 min 440 nəfər insan koronavirusa yoluxub.

Əvvəlki məqalə“Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırım bəraət aldı
Növbəti məqalədəABŞ-da prezident seçkisinin nəticəsi bir neçə ştatdan asılıdır