Rövşən Ağayev: "Fransanın ədalətsiz mövqeyi ən çox Rusiya və İran sevərlərin işinə yarayır"

Rövşən Ağayev: "Fransanın ədalətsiz mövqeyi ən çox Rusiya və İran sevərlərin işinə yarayır"
26 Noyabr 2020
Mətni dəyiş
"Fransanın Qarabağ məsələsində tutduğu ədalətsiz mövqe ən çox Rusiya və İran sevərlərin işinə yarayır" Bu fikirləri iqtisadçı Rövşən Ağayev özünün feysbuk hesabında yazıb. Onun sözlərinə görə, liberal və demikratik dəyərləri söymək üçün sosial şəbəkələrdə tıxac yaranıb.
"Amma nahaq özlərini yorurlar - nəhəng kilsə hakimiyyəti, tarixin ən qəddar kralları, şər imperiyaları belə liberalizmin, demokratiyanın qarşısında diz çökdü. Bütün əyər-əskiklərilə inkişaf və rifah üçün liberalizmin və demokratik dəyərlərin alternativi yoxdur. Çörçill demişkən, pis olsa belə, hələlik bundan yaxşısı yoxdur", - deyə o, qeyd edib. Ağayev deyir ki, demokratiya və liberal dəyərlər üçün geopilitika binoklundan baxmaq yanlışdır - bu dəyərlər ölkə daxilində insanı təbəə (nökər) deyil, vətəndaş yerinə qoymaq üçündür, güclü və dayanıqlı iqtisadiyyat qurmaq üçündür. Onun sözlərinə görə, hansısa dövlətə münasibəti necə müəyyən etməyi, yenə Çörçill müəllim demişkən, əbədi maraqlar müəyyən edir (dostlar əbədi deyil, sabah Farnsanın dostu biz də ola bilərik).
"Son 400 ildə dünyanı müsbətə dəyişən, insana komfort və rifahlı həyat gətirən bütün böyük dəyişikliklər liberalizmin, demokratik dəyərlərin birbaşa təsiri altında baş verib. Bunu mən demirəm, bir ara sosialzimə simpatiya bəsləmiş böyük iqtisadçı Şumpeter yazıb", - deyə qtisadçı Rövşən Ağayev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun