“Qalatasaray”ın məşqçiləri “Sivasspor” – “Qarabağ” oyununu izləyəcək

Türkiyə Super Liqasının VIII turunda “Sivasspor”un qonağı olacaq “Qalatasaray” rəqibini yaxından analiz edir.

İstanbul klubunun məşqçiləri bu məqsədlə Sivas təmsilçisinin bu gün “Qarabağ”la UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda keçirəcəyi oyunu izləyəcəklər.

“Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Qeyd edək ki, “Sivasspor” – “Qalatasaray” matçı npyabrın 8-də olacaq.