Putin Qarabağa dair razılaşmaların pozulmasının nəticələri barədə xəbərdarlıq edib

Putin Qarabağa dair razılaşmaların pozulmasının nəticələri barədə xəbərdarlıq edib
21 Noyabr 2020
Mətni dəyiş

Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli sazişin reallaşdırılmasını əngəlləmək istəyənlər başa düşməlidirlər ki, bu sənədə alternativ müharibədir, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli bəyanatının həyata keçirilməsinin ləngiməsi tendensiyası barədə indicə dediklərinizi eşidəndə təəccübləndim. Bunu etməyə çalışan insanlar başa düşməlidirlər ki, alternativ yalnız bir — müharibə ola bilər", - deyə Prezident Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı müşavirədə bildirib.

“Allah eləməsin, bu baş verərsə, qurbanların qanı onların əlində olacaq. Bu müqaviləni pozmağa çalışanlar. Bunu hamı anlamalıdır və dərk etməlidir", - deyə Putin əlavə edib.

Erməni icmasında Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək çağırışları səsləndirilir və buna görə də noyabrın 10-da müharibə dayandırılıb.

Məsələn, WarGonzo” layihəsinin müəllifi, Rusiya Federasiyasının vətəndaşı Semyon Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru, RF vətəndaşı Semyon Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə məlumat açıqlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun