Paşinyanın atəşkəsə razı olduğunu və sənəd imzaladığını açıqladı

Arxiv

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri ilə birgə bəyanat imzaladığını açıqlayıb. 

Bu barədə sosial şəbəkə hesabında bildirən Paşinyanın açıqlamasını təqdim edirik:

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Özüm üçün və hamımız üçün çox, çox çətin bir qərar verdim.

Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01:00-da bitməsi ilə bağlı bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır.

Bu qərarı hərbi vəziyyətin dərin bir təhlili və vəziyyəti ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim. Həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunlar barədə yaxın günlərdə ətraflı bir açıqlama verəcəyəm.

Bu qələbə deyil, ancaq özünüzü tanıyanadək məğlubiyyət yoxdur. Özümüzü heç vaxt itirən kimi tanımayacağıq və bu, milli birləşmə və yenidən doğuş dövrümüzün başlanğıcı olmalıdır.

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik.

Bütün şəhidlərimizin qarşısında diz çökürəm. Vətəni canları ilə müdafiə etmiş və qoruyan bütün əsgərlərimizə, zabitlərimizə, generallarımıza, könüllülərimizə baş əyirəm. Artsax ermənilərini fədakarlıqla xilas etdilər.

Axıra qədər mübarizə apardıq. Və biz qazanacağıq. Artsax ayaqda.

Yaşasın Ermənistan! Yaşasın Artsax!”