Nazir: “Qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”

Nazir: “Qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”
21 Noyabr 2020
Mətni dəyiş

“Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.

“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”, - o qeyd edib.

Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə parlamentində təsdiqlənib.

Müzakirələrdən sonra Türkiyə parlamenti qərarı təsdiq edib.

Qərarla Azərbaycana göndəriləcək Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinin səlahiyyətinə aiddir.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepedə hökumətin iclası keçirilib.

Toplantıda əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun