Nə qədər yalan söyləmək olar? - Eldar Ginesli

Nə qədər yalan söyləmək olar? - Eldar Ginesli
23 Noyabr 2020
Mətni dəyiş

Eldar Ginesli Erməni diasporu Azərbaycanı gözdən salmaq üçün yeni yalan informasiya kampaniyasına başlayır. Bu, onların tarixən güclü və praktiki olaraq yenilməz olduqları bir sahədir. Burada mərdlik tələb olunmur, burada məkrlilik məharəti lazımdır. Bu, rəqib ilə üz-üzə dayanmaq deyil ki...

Kampaniyanın mərkəzində XIX əsrə qədər Alban Apostol Avtokefal kilsəsinin yurisdiksiyasında olmuş Dadivank monastrı durur. "Təməlin dəqiq tarixi məlum deyil, çünki bir neçə dəfə yenilənib və monastr yenidən qurulub, odur ki, bütün ilkin şeylər artıq yoxa çıxıb və yalnız yeniləri qalıb". Bitişik qəbiristanlıqda çox güman ki, XIII əsrə aid məzar daşları var. Üzərində yazılıb: “Qüdrətli Allahın və onun oğlu Vahid İsa Məsihin mərhəməti və Müqəddəs Ruhun iznilə mən, böyük knyazlar knyazı  Kürdün və həyat yoldaşı Vaxtanqın qızı, Məsihin miskin qulu Arzu hatun...böyük ümidlə həyat yoldaşımın və oğullarımın məzarları üzərində müqəddəs kilsə inşa etdim.. "(Yepiskop Makar Barxudaryans. "Arsax", Bakı, 1895-ci il). Mən bu çıxarışı ona görə detallı qeyd etdim ki, monastrın kim tərəfindən - yerli xristianlar türklər və ya kürdlər tərəfindən inşa edildiyi aydın olsun.

Atəşkəs haqda sazişə əsasən noyabrın 15-də Azərbaycan SQ 1993-cü ildən erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonuna daxil olmalı idi. Dadivank monastrı burada yerləşir.

Erməni ordusunun və əhalinin gedişi görünməmiş vandalizm aktları ilə müşayiət olunub. Azərbaycanlılar qovulandan sonra erməni köçkünlərin zəbt etdikləri evlər, məktəblər, mağazalar, bütün tikililər yandırılıb, ev heyvanları kəsilib, meyvə ağacları, meşələr kütləvi şəkildə qırılıb. Belə ki, öz evlərinə qayıdan azərbaycanlılara heç nə qalmamalıdır.

Ermənistan tərəfinin xahişilə Rusiya Azərbaycan hakimiyyətinə "humanitar mülahizələr"lə müraciət edərək azsaylı ermənilərin Kəlbəcərdən çıxması üçün müddətin 10 gün uzadılmasını istəyib. Bununla yanaşı, vandalizm və meşələrin qırılması davam edir və indi Ermənistanın sərhəd rayonlarının sakinləri də kütləvi şəkildə onlara qoşulublar.

Bütün bunlar Azərbaycanın xaricində ictimaiyyətin və KİV-in diqqətindən kənarda qalıb. Baxmayaraq ki, azərbaycanlılar hələ Kəlbəcər rayonuna getməyiblər, Rusiyadakı erməni diasporu Rusiya KİV-də artıq yalan informasiya kampaniyasına başlayaraq "erməni mədəni irsini və xristian məbədlərini”  dağılmaqdan və məhv olmaqdan qorumağa çağırıblar.

Rusiya hakimiyyətinə təzyiq o həddə çatıb ki, prezident V. Putin prezident İ.Əliyevə telefon edərək bu məsələyə xüsusi diqqət yetirməyi xahiş etməyə məcbur olub. Halbuki, belə məsələ yoxdur və ola bilməz.  Azərbaycan ərazisində başqa məbədlərin üzərində təhqirlərə dair heç bir nümunə yoxdur. Əvəzində işğal olunmuş ərazilərdə onların sayı çoxdur: Zəngilan və Ağdamda məscidlər donuzxanaya çevrilib, Xocavənddə Preobrajeniye Qospodnya pravoslav məbədi dağıdılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad edildikcə bu cür vandalizm nümunələrinin sayı artacaq.

Satenik (Saakyans) Spivakova özünün heyrətedici yalan şərhilə  "dünya erməni icması" adından change.org-a imza toplanışı təşkil edir: "Biz müharibə zamanı biz Azərbaycan əsgərlərinin şəhərləri tutarkən erməni mədəniyyət abidələrini necə dağıtmasına dair çoxlu videoqeydlər aldıq. Və indi dünya erməni icması narahatdır ki, Azərbaycan hökuməti sövdələşmədə güşəztə gedilən ərazilərə tam nəzarəti əldə etdikdən sonra  onlar erməni soyqırımından sonra türk dostlarının etdikləri kimi, mədəni soyqırımı siyasətini davam etdirəcəklər".

Və budur “rusiyalı mədəniyyət xadimlər”, onların arasında  mədəniyyətdən uzaq olan erməni xadimləri, məsələn, şoumen Martirosyan və ya "Meqafon"nun baş direktoru Vermişyan da var, birbaşa YUNESKO-ya müraciət edirlər: “Biz, beynəlxalq mədəniyyət birliyinin nümayəndələri və ictimai xadimlər Dağlıq Qarabağın təhlükədə olan xristian mədəni, bədii və memarlıq abidələrinin taleyindən dərindən narahatıq..Hərbi əməliyyatlar başa çatdıqdan sonra onlar məhv olmaya, dağılmaya və vandalizmə məruz qala bilər. Biz YUNESKO-dan xahiş edirik ki, abidələrin xilası, onlara lazımi statusun verilməsi və YUNESKO-nun dünya irsi siyahısına daxil edilməsi üçün öz nüfuz və səlahiyyətindən istifadə etsin", - müraciətdə qeyd olunub.

Saxta müraciətin ən iyrənci isə "fransız mədəniyyət xadimləri"nin imzası ilə yazılıb. Onların yarıdan çoxu erməni soyadındadır. Mətnin bir çox detallarına əsasən, sənəd  elə onlar tərəfindən tərtib edilib.

Putin Əliyevin vədlərilə qane olmayıb və Dadivankda RF SQ-nin postunu qurdurub, baxmayaraq ki, bu ərazi sazişə əsasən Rusiya hərbçilərinin nəzarəti zonasından kənardadır. Və bütün ermənilərin katolikosu II Qaregin yaltaqcasına deyir: "Azərbaycana verilən ərazilərdə erməni xalqının  tarixi irsinin – qədim monastrlar, kilsələr və mədəniyyət abidələrinin qorunub saxlanması işində gördüyünüz tədbirlərə görə şəxsən sizə dərin minnətdarlığımı bildirirəm... Xalqımız Arsax torpağında qan tökülməsinin dayandırılmasında Rusiyanın mühüm rolunu daim xatırlayacaq və Ermənistan-Rusiya çoxəsrlik dostluğunun sarsılmazlığı üçün dualar oxuyacaq".

Xristian dini tikililərinə və abidələrinə heç bir təhlükə, əlbəttə ki, yoxdur və olmayıb. Buna heç bir subut yoxdur və olmayıb. Və kampaniyanın təşkilatçıları da bunu bilirlər. Onların məqsədi kilsələri qorumaq deyil, Azərbaycanı nüfuzdan salmaq, bizi vandal  və bir daha bütün xristian dünyasının düşmənləri kimi təqdim etmək cəhdidir. Və əlbəttə ki, kömək - siyasi, maddi, mənəvi- üçün yalvarmaqdır. Danılmaz, böyük imkanları və təcrübələri sayəsində apardıqları hay-küyçü təbliğatları ilə Dağlıq Qarabağda onların soydaşlarının törətdikləri gerçək və məlum vandalizm aktlarını ört-basdır etməkdir.

Nə deyəsən.. Bu cür fəlakətli və rüsvayçı məğlubiyyət dözülməzdir. Buna görə də intiqam alacaqlar.

Tamam.. bütün dünyaya səs salın, insanlara yalan söyləyin, imza toplayın. Biz isə öz Vətənimizə qayıdırıq və sizin dağıtdığınız məscidləri, pravoslav məbədləri bərpa edəcəyik, alban və erməni kilsələrini sizin təxribatlarınızdan qoruyacağıq.

İşğalçılardan azad edilmiş rayonlara əsgərlərlə yanaşı YUNESKO, beynəlxalq hüquq- müdafiə, ekologiya təşkilatlarının nümayəndələri, jurnalistlər və TV şirkətlər də daxil olmalıdır. Onlar indi gedən erməni köçkünlər tərəfindən dağıdılmış mədəniyyət abidələrini, dini tikililəri, yaşayış evlərini, məktəb və sosial-mədəni obyektləri qeydə almalıdır. Bunlar hamısı olunmalıdır. Əks halda onların dağıtdıqlarında, talan etdiklərində bizi günahlandıracaqlar. Kütləvi KİV dəstəyi olmadan onların irəli sürdükləri “sübutları” təkzib edə bilməyəcəyik,

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun