Mixail Zabelin: "Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq"

Mixail Zabelin: "Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq"
26 Noyabr 2020
Mətni dəyiş

Ermənistanın  Xankəndini işğal etməsi nəticəsində oradan yalnız azərbaycanlılar deyil, ruslar və digər millətlərin nümayəndələri də məcburi köçkün edilmişdi.

Məsələ ilə bağlı Modern.az saytına danışan Milli Məclisin deputatı, Azərbaycan-Rus icmasının rəhbəri Mixail Zabelin bildirib ki, gələcəkdə əvvəlki kimi Xankəndində ruslar da yaşaya bilər. Bununla bağlı heç bir problem yoxdur.

Deputat qeyd edib ki, amma bu, məcburi xarakter daşımayacaq:

“Kim istəsə, gedib əvvəl yaşadığı Xankəndində yaşayacaq. Bu məcburi yox, könüllülük prinsipi əsasında mümkün olacaq. Hər kəsin öz evinə dönmək hüququ var. Bunu onlardan kimsə ala bilməz”.

Mixael Zabelin Xankəndinə rusların yerləşdirilməsi ilə bağlı xüsusi müraciət hazırlamağa gərək olmadığını da qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun