Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaratdı

Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı etiraz bəyanatın hazırlanması ilə bağlı komissiya yaradılıb.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, komissiyanın tərkibinə sədr Səməd Seyidov, deputatlardan isə Fazil Mustafa, Cavanşir Feyziyev, Əminə Ağazadə daxil edilib.