Koronavirus: Gürcüstan 4 780, Ermənistan 1 476 yeni yoluxma

Koronavirus: Gürcüstan 4 780, Ermənistan 1 476 yeni yoluxma
27 Noyabr 2020
Mətni dəyiş
Gürcüstan hökumətinin noyabrın 26-da verdiyi məlumata görə, ölkədə ötən sutkada koronavirusa 4 780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 nəfər isə vəfat edib.
Bununla da Gürcüstanda indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.
Ermənistanda isə 1 476 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346-ə yüksəlib.
Bildirilib ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb. İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun