Hikmət Hacıyev: Biz “The New-York Times” qəzetinə qarşı radikal erməni qruplarının hücumlarını qətiyyətlə qınayırıq

Hikmət Hacıyev: Biz “The New-York Times” qəzetinə qarşı radikal erməni qruplarının hücumlarını qətiyyətlə qınayırıq
2 Noyabr 2020
Mətni dəyiş

Biz “The New-York Times” qəzetinə qarşı ABŞ-ın radikal və şovinist erməni lobbi qruplarının Fransada “TF1” telekanalının heyətinə qarşı olduğu kimi hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq.

Bu barədə öz Twitter səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev bildirib: “Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun