Hərbi ekspert: "Rusiya sazişdə nəzərdə tutulmayan texnikaları da Qarabağa gətirir"

Hərbi ekspert: "Rusiya sazişdə nəzərdə tutulmayan texnikaları da Qarabağa gətirir"
20 Noyabr 2020
Mətni dəyiş

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat imzalanıb. Bəyanatda Rusiya sülhmərmalı qoşunlarının, eyni zamanda hərbi-texniki təhcizatının Laçın dəhlizində, o cümlədən Azərbaycan - Ermənistan təmas xəttində yerləşdirilməsi nəzərdə tutulub. Bundan sonra xeyli rus hərbiçisinin, zirehli texnikasının və elektron qurğuların Qarabağa gətirilməsini əks etdirən görüntülər yayılıb. Yayılan məlumata görə, Qarabağa gətirilən hərbi texnikanın arasında RB-341V Leer-3 elektron müharibə sistemləri də var. Məlumatda deyilir ki, bu texnikalar mobil telefonları və digər ünsiyyət sistemlərini sıradan cıxartmaq və idarə etmək qabiliyyətinə malikdir.

Məsələ ilə bağlı hərbi ekspert Azad İsazadə ilə danışdıq.

Ekspert deyir ki, bu texnki avadanlıqların bir neçə təyinatı ola bilər.

Onun sözlərinə görə, bəzi elektron cihazlar mobil rabitə vasitələrini nəzarətdə saxlamağa kömək edir, bəziləri isə dronlara təsir edib onları yerə salmağa və ya idarə etməyə kömək edir.

"Sazişdə yüngül texnika və ancaq avtomobillərdən söhbət gedir. Amma indi görürük ki, helikopterlərdən də istifafə edirlər, hətta Laçın dəhlizinə yaxın əraziyə tanklar gətiriblər. Yayılan şəkillərdən bilindi ki, 2 dənə qrat qurğusu da gətiriblər. Bunlar sazişdən kənar olan texnikalardır. O cümlədən də radio-elektron cihazlar. Onlar əgər bu texnikaları və cihazları gətirirlərsə, izah etməlidirlər ki, nə üçün gətirirlər və necə istifadə edəcəklər", - deyə o vurğulayıb.

Azad Isazadə deyir ki, xeyli təhlükəsizlik problemləri ortaya çıxacaq.

Onun sözlərinə görə, bu cihazları araşdırmaq lazımdır ki, nəyə xidmət edir.

"Bu cihazlarla ərazidə xidmət aparan Azərbaycan hərbiçilərinin məxvi danışığı da dinlənilib Ermənistana ötürülə bilər. Ümumiyyətlə münaqişə zonasına gətirilən bütün texnikaların izahı verilməlidir ki, niyə gətirilib və nə üçün istifadə olunacaq. Həmin ərazi Azərbaycan ərazisidir və Azərbaycan ərazisinə sazişdə nəzərdə tutulmayan texnikanın gətirilməsi qadağandır", - deyə hərbi ekespert Azad İsazadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun