'Facebook' Tramp tərəfdarlarının "Oğurlamağı dayandırın" adlı böyük qrupunu bağlayıb

'Facebook' Tramp tərəfdarlarının "Oğurlamağı dayandırın" adlı böyük qrupunu bağlayıb
6 Noyabr 2020
Mətni dəyiş

Sosial media nəhəngi noyabrın 5-də  bildirib ki, qrup 'Facebook'da sürətlə böyüyərək Demokratların seçkinin nəticələrini oğurlamasına dair zorakı ritorika və əsassız iddialar səsləndirib. 

Facebook "Oğurlamağı dayandırın" ("Stop the Steal") adlı böyük bir qrupun hesabını bağlayıb. Prezident Donald Trampın tərəfdarları bu hesabdan istifadə etməklə səssayma prosesinə qarşı etirazlar təşkil etməyə çalışırlar.

Sosial media nəhəngi noyabrın 5-də bildirib ki, qrup Facebook-da sürətlə böyüyərək Demokratların seçkinin nəticələrini oğurlamasına dair zorakı ritorika və əsassız iddialar səsləndirib.

“Qrup seçki prosesinin delegitimləşdirilməsi məqsədilə yaradılıb, bəzi üzvlərinin zorakılığa çağırış etdiyini görmüşük”, – Facebook-un sözçüsü Endi Stoun deyib.

Daha kiçik “Oğurlamağı dayandırın” qrupları Facebook-da qalır. Şirkət onları da monitorinq edəcəyini bildirib.

Ləğv olunan qrup əhalini “səsvermənin bütövlüyünü qorumağa” çağırıb, adamların Corciya, Şimali Karolina və Pensilvaniya kimi ştatlara getməsi üçün pul ianə etməyə həvəsləndirib. Seçkidən iki gün keçməsinə baxmayaraq bu ştatlarda bülletenlərin sayılması davam edir.

Qrup bir günə 365 min üzv yığa bilibmiş. Onun tərəfdarları Facebook-un qərarını tənqid ediblər, dinc etirazlar təşkil etmək istədiklərini, Facebook-un onlara xəbərdarlıq etmədiyini bildiriblər.

“Facebook həqiqət hakimi olmaq istəyirsə...”

Qrupun sözçüsü Kris Barron söyləyib ki, səslərin oğurlanmasından narahatlıq ifadə edən digər qruplara eyni münasibət göstərilməyib.

“Facebook həqiqət hakimi olmaq istəyirsə, çox iş görməlidir”, – Barron “Reuters”ə deyib.

Prezident Tramp dəfələrlə seçkinin bütövlüyünü şübhə altına alıb. O, noyabrın 5-də Ağ Evdə keçirilən brifinqdə demokratları onu oğurlamaqda ittiham edib, ancaq dediklərini əsaslandıracaq dəlil göstərməyib.

Tramp tələsik qələbə çaldığını, bülletenlərin qanunsuz sayıldığını iddia etdiyinə görə hər iki partiya tərəfindən tənqid olunur. O və tərəfdarları sosial mediada saxta iddialar yaydıqca şirkətlər seçkiyə dair dezinformasiya ilə mübarizə siyasətlərini həyata keçirirlər.

'Twitter' artıq prezidentin bəzi tvitlərini yanlış kimi qeyd edib, onlarda mübahisəli informasiyanın yer aldığını bildirir.

Sosial şəbəkə noyabrın 5-də Trampın seçki qərargahının keçmiş meneceri Stiv Bannonun istifadə etdiyi hesabı bağlayıb. O, yaydığı videoda Trampa sədaqətli olmadıqlarına görə FTB-nin Direktoru Kristofer Rey, həmçinin hökumətin baş infeksionisti Entoni Fauçinin başlarının kəsilməsinə çağırırdı. Twitter zorakılığa qarşı siyasətinə istinad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun