Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib

Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib
25 Noyabr 2020
Mətni dəyiş

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.

“Sputnik Armeniya” xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.

“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, - V.Karapetyan bildirib.

Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun