Ermənistan ərazisindən Naxçıvana dəmir yolu bərpa olunur

Prezident İlham Əliyev Azərbaycan ordusunun Kəlbəcər rayonuna daxil olmasıyla əlaqədar noyabrın 25-də xalqa müraciət edib. Çıxışı zamanı prezident deyib ki, işğaldan azad olunan bölgələrin yenidən dirçəldilməsi, rayonların bərpası ilə bağlı böyük planlar var.
İlham Əliyev Ermənistan üzərindən Naxçıvana dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verildiyini də bildirib.
“Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir” – deyə, İlham Əliyev bildirib.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladıqları atəşkəs bəyanatında Ermənistan üzərindən Naxçıvana dəhlizin açılması barədə razılıq əldə edilib.