Erdoğan: "Rusiya hansı anlayışla Qarabağda yer alırsa, Türkiyə də o anlayışla yer alacaq"

Erdoğan: "Rusiya hansı anlayışla Qarabağda yer alırsa, Türkiyə də o anlayışla yer alacaq"
13 Noyabr 2020
Mətni dəyiş

"Hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb"

"Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

Bu açıqlamanı noyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı danışarkən səsləndirib.

Türkiyə Prezidenti bildirib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: "Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün fərqli mövqe sərgiləmişdi.

D.Peskov demişdi ki, Türkiyənin Qarabağda monitorinq mərkəzini yerləşdirəcəyi barədə bəyanatı Kremlin yanaşması ilə üst-üstə düşmür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun