Deputatlar İlham Əliyevlə bağlı təkliflər veriblər

Deputatlar İlham Əliyevlə bağlı təkliflər veriblər
20 Noyabr 2020
Mətni dəyiş

Azərbaycanda “Xilaskar” ordeninin təsis edilməsi təklif olunur.

Bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.

O bildirib ki, həmin orden Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təqdim olunsun.

Digər deputatlar da F.Ağamalının təklifini dəstəkləyiblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri çox böyükdür: “Düşünürəm ki, sizin bildiriyiniz bu məsələ ayrı bir iclasın mövzusu ola bilər".

Deputat Siyavuş Novruzov isə bildirib ki, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının əsasnaməsində bu adın ilk olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə verilməsi qeyd edilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun